"Sabah" belaruslu qapıçı ilə müqavilə bağlayıb
Sənübər Qocayeva

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
YAZTV klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi belaruslu qapıçı Aleksandr Neçayevi transfer edib.
28 yaşlı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aleksandr Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.