"Mançester Yunayted"in gənc futbolçuları Ronaldudan narazıdırlar

"Mançester Yunayted"in gənc futbolçuları Ronaldudan narazıdırlar

İngiltərənin "Mançester Yunayted" klubunun gənc futbolçuları Kriştianu Ronaldudan narazıdırlar.

YAZTV "The Athletic"ə istinadən xəbər verir ki, onlar 37 yaşlı hücumçunun müsahibəsində gənc oyunçularla bağlı tənqidi fikirlər səsləndirməsindən narazı qalıb.

Futbolçular "qırmızı şeytanlar"ın digər təcrübəli üzvü Edinson Kavani ilə daha çox ünsiyyət qururlar. Buna baxmayaraq, 35 yaşlı uruqvaylı forvard ingilis dilində yaxşı danışa bilmir.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm Premyer Liqada 17 oyuna çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.