Afrika və Asiyanın ən yaxşı liqaları açıqlanıb
Sənübər Qocayeva

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası Afrikanın ən yaxşı liqasını açıqlayıb.
YAZTV IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Misir Premyer Liqasının qitənin ən yaxşısı adına layiq görülüb.
Əlcəzair çempionatı ikinci, Mərakeş liqası isə üçüncü olub.
Asiyada isə Cənubi Koreya, Yaponiya və İran çempionatları müvafiq yerləri tutub.