Azərbaycanın 2 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Azərbaycanın 2 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri start götürəcək.

YAZTV-nin məlumatına görə, ilk yarış günündə Azərbaycanın 2 təmsilçisi qüvvəsini sınayacaq.

60 kq-da yer alan Balabəy Ağayev və Rövşən Əliyev medal qazanmağa çalışacaqlar.

Portuqaliya Qran-prisi

Kişilər

60 kq

1/16 final. Balabəy Ağayev - Bahrom Boturov (Özbəkistan)

1/16 final. Rövşən Əliyev - Allan Kuvabara (Braziliya)

Qeyd edək ki, Qran-pridə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i xalça üzərinə çıxacaq. Balabəy Ağayev və Rövşən Əliyevlə yanaşı, Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) də mübarizə aparacaq.

Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.