Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda 7-ci olub
Sənübər Qocayeva

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda final çıxışını yerinə yetirib.
YAZTV-nin məlumatına görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı paralel qollarda öz məharətini sərgiləyib.
Hakimlərdən 13.833 xal alan idmançı yekunda 7-ci yeri tutub. Tixonov təsnifat mərhələsində 13.933 xal toplamışdı.
Qeyd edək ki, bu gün Azərbaycanın digər idman gimnastı Nikita Simonov halqa ilə hərəkətlərdə final çıxışını edəcək.