Gəncə Olimpiya İdman Kompleksinin yeni direktoru bəlli olub

Gəncə Olimpiya İdman Kompleksinin yeni direktoru bəlli olub

Gəncə Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.

YAZTV-nin məlumatına görə, boks üzrə əməkdar məşqçi olan İntiqam Hüseynov direktor təyin edilib.

O, Tengiz Novruzovu əvəzləyib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi aprelin 19-da Gəncə Olimpiya İdman Kompleksi direktor vəzifəsi üzrə işə qəbul elan etmişdi.