"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib

"Qalatasaray" 19 yaşlı müdafiəçini transfer edib

Türkiyənin "Qalatasaray" klubu "Altay"da çıxış edən Kazımcan Karataşı heyətinə qatıb.

YAZTV İzmir təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı cinah müdafiəçisinin transferi üçün "sarı-qırmızılar"la razılıq əldə olunub.

Karataşla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Kazımcan Karataş Türkiyənin U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.