Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünə start veriləcək.

YAZTV xəbər verir ki, cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçiriləcək və burada ilk dəfə VAR sistemindən istifadə olunacaq.

I turun açılış matçı 4 ildən sonra elitaya qayıdan "Kəpəz"lə ötən mövsümün bürünc medalçısı "Zirə" arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini "Dalğa Arena"da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.

İki komanda indiyədək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bunların 3-də Gəncə təmsilçisi, 5-də isə Bakı klubu qalib gəlib. 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Topların nisbətində də "qartallar"ın üstünlüyü var - 16:11.

“Zirə” son 4 qarşılaşmada rəqibinə uduzmayıb. “Kəpəz” son iki ev oyununda qol vurmayıb.

Azərbaycan Premyer Liqası

I tur

5 avqust

19:30. “Kəpəz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

VAR hakimi: Vüqar Həsənli

VAR hakiminin köməkçisi: Rəhman İmami

“Dalğa Arena”.

Qeyd edək ki, tura avqustun 6-sı, 7-si və 8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yükun vurulacaq.