Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi heç-heçə edib

Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi heç-heçə edib

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadın millisi heç-heçə edib.

YAZTV-nin məlumatına görə, yığma VIII turda Rumıniyanın müqavimətini qıra bilməyib.

Rumıniya – Azərbaycan 2:2

İrina Bulmaqa – Günay Məmmədzadə - 1:0

Mihaela Sandu – Xanım Balacayeva - 0:1

Elena-Luminitse Kosma – Gülnar Məmmədova - 0:1

Miruna-Darya Lehaçi – Ülviyyə Fətəliyeva - 1:0

Qeyd edək ki, bu nəticədən sonra Azərbaycan millisi 12 xalla 9-cu pilləyə enib.