Şəkidə keçirilən stolüstü tennis üzrə respublika turnirinin qalibləri mükafatlandırılıb

Şəkidə keçirilən stolüstü tennis üzrə respublika turnirinin qalibləri mükafatlandırılıb

Şəkidə keçirilən və şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunan stolüstü tennis üzrə respublika turnirinin qalibləri müəyyənləşib.

Şəki şəhər Gənclər və İdman İdarəsinin YAZTV-ə verdiyi məlumata görə, Şəki Olimpiya İdman Kompleksinin ərazisində açıq havada oğlanlar və qızlar arasında keçirilən yarışda 10 qız və 10 oğlan komandası mübarizə aparıb. Yarışda oğlanlar arasında ən yüksək nəticəni Şəki komandası göstərib. İkinci və üçüncü yerləri müvafiq olaraq Balakən və Qax rayonlarının stolüstü tennisçiləri qazanıblar. Qızların mübarizəsində ilk üçlükdə Qax, Balakən və Şəki tennisçiləri qərarlaşıblar.