Lionel Messi 2020-ci ildə ən çox qazanan futbolçu olub

Lionel Messi 2020-ci ildə ən çox qazanan futbolçu olub

“Forbes” jurnalı 2020-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.

YAZTV xəbər verir ki, siyahının birinci pilləsində İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi (126 milyon dollar) qərarlaşıb. “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ikinci (117 milyon), “Paris Sen-Jermen”in braziliyalı futbolçusu Neymar üçüncü (96 milyon) olub.

Siyahının dördüncü və beşinci pillələrində müvafiq olaraq Kilian Mbappe (“Paris Sen-Jermen”) və Məhəmməd Salah (“Liverpul”) yer alıblar.

Qeyd edək ki, L.Messi ötən mövsümdə “Barselona”nın heyətində keçirdiyi 44 oyunda 31 qol vurub.