Yoxlama oyununda rəqib müəyyənləşdi

Yoxlama oyununda rəqib müəyyənləşdi

Gəncə İdman Klubu YAZTV-ə xəbər verir ki, I Divizionda yeni mövsümün hazırlıqlarını Gəncədə davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə yoxlama oyunları da keçirəcək. “Sarı-göylər”in ilk rəqibi “Turan Tovuz” olacaq. Tovuzlularla oyun sentyabrın 19-na təyin olunub. Nizami yurdunda keçiriləcək görüş saat 16:00-da başlayacaq.