Reqbi Federasiyasının rəsmisi CBC Sport televiziyasına müsahibə verib

Reqbi Federasiyasının rəsmisi CBC Sport televiziyasına müsahibə verib

Azərbaycan Reqbi Federasiyasının rəsmi nümayəndəsi, idman ustası Elvar Osmanov bu gün federasiyanın baş ofisində CBC Sport televiziyasına müshibə verib.

 E.Osmanov Federasiyanın fəaliyyəti ilə bağlı, həmçinin yaxın illərdə görüləcək işlərlə bağlı geniş məlumat verib. Bildirib ki, Olimpiya idman növü olan Reqbinin Azərbaycanda inkişaf etdirmək üçün bir sıra işlər görülüb. Hazırda da bu idman növünə marağın artırılması üçün müvafiq qurumlarla  ikitərəfli danışıqlar aparılır. Bu günə kimi Federasiya rəhbərliyi ilə bir çox rayon və qəsəbələrdə stadionlara baxış keçirilib.
Qeyd edək ki, Reqbi - iki komanda arasında oval bir topun əl və ayaqlarla nəzarət edilərək hesab artırılması əsasına söykənən komanda oyunudur. Bütün dünyada reqbi birliyi və ya reqbi liqası  qaydaları ilə oynanır.