Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Zeki Öztürk ilə görüşüb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Zeki Öztürk ilə görüşüb

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk ilə görüşüb. Görüşdə Baş İdarənin Gənclərlə iş və İdman sektorlarının əməkdaşları da iştirak ediblər.

 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsindən YAZTV-ə verilən məlumata görə Həmid Nəsirov rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Baş konsula geniş məlumat verib. O, gələcəkdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi ilə Türkiyənin hər hansı bir şəhərində yerləşən Gənclər və İdman İdarəsi ilə təcrübə mübadiləsi aparılması üçün əlaqələrin qurulmasını təklif edib.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk Baş İdarənin fəaliyyətini izlədiyini bildirib. O, keçiriləcək bir sıra tədbirlərdə iştirak etmək niyyətinin olduğunu qeyd edib. Səmimi söhbət şəraitində keçən görüşdə səsləndirilən fikirlər ətrafında geniş müzakirələr aparılıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürkə Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən rəsm əsəri hədiyyə edilib.