"Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

"Barselona" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər

İspaniyanın "Barselona" klubu yay transfer dönəmində 3 ulduz futbolçu transfer edə bilər.

YAZTV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisində prezidentliyə namizədlərdən Toni Freyksa "Marca"ya açıqlamasında bildirib.

Funksioner seçiləcəyi təqdirdə, transferlərə ayrılacaq məbləği də açıqlayıb: "Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".

Freyksa "Bunlar Erlinq Holann və Kilian Mbappe ola bilərmi" sualına isə belə cavab verib: "Hazırda konkret hansısa oyunçu ilə danışmırıq".

Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.