Ronaldo bunu da bacardı

Ronaldo bunu da bacardı

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo üçün A seriyasının 23-cü turunda "Krotone" ilə oyun (3:0) əlamətdar olub.

YAZTV-e xəbər verir ki, sözügedən matçda dubla imza atan portuqaliyalı hücumçu bununla da, bu mövsüm ölkə çempiatında bütün komandalara qol vurub.

Qeyd edək ki, Ronaldo 2020/2021 mövsümündə A Seriyasında 19 oyuna çıxıb, 18 qol vurub və 2 qolun ötürməsini verib.
 
YAZTV (qol az)