“Qarabağ” “Qəbələ”yə qarşı
2021-03-02 11:00:00

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura start veriləcək.
YAZTV-e xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə “Səbail” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək.
Son çempion “Qarabağ” isə “Qəbələ” ilə qarşılaşacaq.
Tura sabah keçiriləcək “Sumqayıt” – “Zirə” və “Neftçi” – “Sabah” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
18-ci tur
2 mart
Səbail – Keşlə
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov.
“ASCO Arena”, 16:00.
Qarabağ – Qəbələ
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Azersun Arena”, 18:15.
YAZTV (qafqazinfo az)