Gəncədə '5 Mart – Bədən Tərbiyəsi və İdman Günü'nə həsr olunan tədbir keçirilib

Gəncədə '5 Mart – Bədən Tərbiyəsi və İdman Günü'nə həsr olunan tədbir keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərdə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunan tədbir gerçəkləşib. Tədbir xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq Gənclər Evinin qarşısında açıq hava şəraitində baş tutub.

YAZTV bildirir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Türkiyənin Gəncədəki baş konsulunun nümayəndəsi və idmançılar iştirak ediblər.

Əvvəlcə Azərbaycanın dövlət himnini səsləndirilib, Vətən müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həmid Nəsirov 2020-ci ildə idman sahəsində həyata keçirilən layihələrdən söz açıb, əldə olunan uğurlardan danışıb. O bildirilib ki, şəhərdə həyata keçirilən bütün tədbirlər xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq reallaşıb.  Həmid Nəsirov Azərbaycanda idman sahəsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə rəhbərinə öz dərin təşəkkürünü bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov icra başçısı Niyazi Bayramovun adından idmançıları və onların məşqçilərini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə idman ictimaiyyətinin nümayəndələri çıxış edərək ölkəmizdə idman sahəsinin inkişafından danışıblar.

Daha sonra  2020-ci il ərzində idman sahəsində yüksək nailiyyətlər qazanmış idmançılar və məşqçilər Baş İdarənin rəhbərliyi tərəfindən Fəxri  Fərman və hədiyyələrlə təltif olunublar.

Tədbir gənc idmançılarının nümunəvi çıxışları ilə yekunlaşıb.