"Meydanda olmadığım üçün əsəbiləşirəm" - Ramos

"Meydanda olmadığım üçün əsəbiləşirəm" - Ramos

"Real"ın zədəli kapitanı Serxio Ramos komandasının Çempionlar Liqasının 1/4 finalında "Liverpul"u məğlub etdiyi matç (3:1) haqqında fikirlərini bölüşüb.

YAZTV xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə öz Tvitter hesabında paylaşım edib. O yazıb: "Meydanda olmadığıma görə əsəbiləşirəm. Amma komandamın qələbəsini gördüyüm üçün qürur duyuram".

Qeyd edək ki, "Real"la "Liverpul" arasında cavab matşı aprelin 13-ü keçiriləcək. (qol az)