Karantin qaydasını pozdu, qəzaya düşdü

Karantin qaydasını pozdu, qəzaya düşdü

"Palmeyras"ın koronavirusa yoluxmuş futbolçusu Luis Adriano karantin qaydalarını pozub.

YAZTV xəbər verir ki, 33 yaşlı hücumçu daha sonra avtomobili ilə qəza törədib. Braziliyalı futbolçu bu barədə Tvitter səhifəsində patylaşım edib. O,  yazıb:

 "Aprelin 1-də koronavirus testimin nəticəsi müsbət çıxdı. Xəstəliyin heç bir əlaməti yox idi. Amma klubun təyin etdiyi qaydalar məlumdur. Evdə təcrid olunmağım lazım idi. Amma dünən maşın sürə bilməyən anamı aparmaq üçün ticarət mərkəzinə getdim. Mən maşından düşmədim və maska geyinmişdim. Sonda hər şey qəzaya düşməyimlə başa çatdı. Avtomobil dayanacağından çıxarkən maşınım velosipedlə toqquşdu. Yaralıya kömək edə bilmədim. Sonda hər şey yaxşı qurtardı. Evdən çıxmamalıydım, səhv etdim. Bunu etiraf edirəm". (qol az)