Məşhur hakimlər evləndilər

Məşhur hakimlər evləndilər

İngiltərənin dünyaca məşhur keçmiş FİFA referisi Hovard Uebb almaniyalı həmkarı Bibiana Ştaynxausla evlənib.

YAZTV “Daily Mail”ə istinadən xəbər verir ki, nigah mərasimi pandemiya səbəbindən qonaqsız və şahidsiz olub.

Qeyd edək ki, karyerası ərzində 534 oyun idarə edən Hovard 68 dəfə qırmızı vərəqəyə əl atıb. O, 2014-cü ildə karyerasını bitirib. Bibiana isə Bundesliqada oyun idarə edən ilk qadın hakimdir. Hovardın 49, Bibianann 42 yaşı var. (qol az)