Kvaratsxeliya ilə “Ayaks” da maraqlanır

Kvaratsxeliya ilə “Ayaks” da maraqlanır

Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya ilə maraqlanan klubların sayı artmaqdadır.

YAZTV “Sport-ekspress”ə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Ayaks”a keçə bilər. Klub yayda hücum xəttinə yeni oyunçu almaq istəyir.

Futbolçunun agenti Mamuka Cuqelinin yaxın günlərdə Amsterdam təmsilçisinin idman direktoru Mark Overmarsla görüşəcəyi bildirilib.

Qeyd edək ki, Gürcüstan millisinin üzvü ilə İtaliyadan “Milan”, “Yuventus” və “İnter”, Almaniyadan isə Dortmund “Borussiya”sı maraqlanır. O, bu mövsüm Rusiya Premyer Liqasında 21 oyuna 4 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Xviça Azərbaycan milli komandasının sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur. (qol az)