Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  “CAVAD XAN”n tarixi dramı nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  “CAVAD XAN”n tarixi dramı nümayiş olunub

19-20 may 2022-ci ildə Gəncə Dövlət Dram Teatrı daha bir uğura imza ataraq Azərbaycan teatr tarixində şanlı səhifə yaşadı. Belə ki, teatr tərəfindən hazırlanan  yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin qələmə aldığı “Cavad xan” tarixi dramı Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş etdirilib. Səhnə əsərinə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri,  Əməkdar incəsənət xadimi Fərəh Əliyeva, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev, Xalq artisti Siyavuş Kərimi, kinorejissor Rövşən İsax, millət vəkili Rasim Musabəyov, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse prezidenti Füzuli Musayev və digər ictimaiyyət nümayəndələri tamaşa ediblər.

“Cavad xan” tamaşası XIX əsrin əvəllərində rus-erməni birləşməsi tərəfindən Gəncəyə edilən  təcavüzdən, Gəncə xanının qəhrəmanlığından bəhs edir.  Yaxın tariximizin - Zəfərlə bitən "Vətən müharibəsi"nin verdiyi məğrurluq da tamaşanın  yaratdığı fəxarət dolu abu-havanı artırıb.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Elşad Əhmədovdur. Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, xanın həyat yoldaşı Mələknisə Bəyim rolunu isə Xalq artisti Pərvanə Qurbanova canlandırıblar.

Tamaşada həmçinin, Əməkdar artistlər İlham Hüseynov, Ramiz Vəliyev, Novruz Cəfərov, Salamulla İsmayılov, aktyorlar Yusif Cəfərov, Samir Abbasov, Murad Meyfəliyev, Şahmar Məmmədov, Ruslan Hüseynov, Günay Cabbarova, Sevinc Hüseynova, Mətləb Təhmazi, Emil Salmanov, Elmir Məmmədov, Zəminə Cəfərova, Şükufə Salmanova, Həsən Cəfərov, Hüseyn Cəfərov, Seymur Məmmədov, Nailə Əhmədova, Zaur Əhmədov, Orxan Mirzəyev, Samir Rzayev, Mirheydər Seyidov, Akif Səfərov, Murad Nazim və Rizvan Quliyev çıxış ediblər.

Anşlaqla keçən  tamaşanın sonunda əsərin müəllifi və Gəncə Dövlət Dram Teatrının yaradıcı heyəti gur alqışlara və gül-çiçəyə qərq edilib.