İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə beynəlxalq konfrans işə başlayıb

İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə beynəlxalq konfrans işə başlayıb

Oktyabrın 13-də “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 15-ci IEEE beynəlxalq konfransı” (AICT 2021) işə başlayıb. Konfransa AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 əməkdaşının məruzəsi qəbul olunub.

İnstitutdan YAZTV-yə bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrindən olan, ümumi maraq və problemlər ətrafında birləşən alim və mütəxəssisləri bir araya gətirməkdir.

Onlayn keçirilən beynəlxalq konfransın əsas istiqamətlərinə Big data mühəndisliyi, maşın təlimi, kibertəhlükəsizlik, İKT-də yeni texnologiya və tendensiyalar, təhsildə və tibdə İKT və s. məsələlər daxildir.

Oktyabrın 15-dək davam edəcək tədbirə dünyanın 70 ölkəsindən alim və mütəxəssislərin qoşulacağı gözlənilir.