Gələn ildən musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

Gələn ildən musiqi məktəblərinə işə qəbul imtahanla həyata keçiriləcək

"Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq".

YAZTV xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: "Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var. Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənarda qalsın. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik, bununla da nöqsanları müəyyən etməyə çalışırıq".