Məktəbdənkənar fəaliyyət üzrə dərnəklərə qeydiyyat başlayır

Məktəbdənkənar fəaliyyət üzrə dərnəklərə qeydiyyat başlayır

2020-2021-ci tədris ili çərçivəsində sentyabrın 15-dən Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində onlayn qaydada tədrisin təşkilinə başlanılır.

Təhsil Nazirliyindən YAZTV-ə bildirilib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət olunmalıdır.

Qeyd edək ki, yaxın günlərdə məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına onlayn qaydada qeydiyyatın aparılması üçün elektron sistemin istifadəyə verilməsi planlaşdırılır.