Türkiyədə doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb

Türkiyədə doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb

Türkiyənin ali təhsil müəssisələrində 2021-2022-ci tədris ili üçün doktorantura təhsili üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.

Təhsil Nazirliyindən YAZTV-ə bildirilib ki, proqrama sənəd qəbulu yanvarın 31-i saat 23:59-dək davam edəcək.

Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.