Putinlə Baydenin Cenevrədə görüş yeri açıqlandı

Putinlə Baydenin Cenevrədə görüş yeri açıqlandı

Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin görüşü iyunun 16-da Cenevrə gölünün yaxınlığında yerləşən məşhur Villa La Qranjda baş tutacaq.

YAZTV xəbər verir ki, İsveçrə polisi və ordusu villanı əhatə edən iki parkı bağlayaraq barrikadalar və tikanlı məftillərlə əhatələyib.

 Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Rusiya-ABŞ zirvəsinə danışıqlar günündə gedəcəyini açıqlayıb.