Türkiyə ordusu daha 5 terrorçunu məhv edib

Türkiyə ordusu daha 5 terrorçunu məhv edib

İraqın şimalında "Pəncə-Şimşək" və "Pəncə-İldırım" əməliyyatları çərçivəsində daha 5 PKK terrorçusu zərərsizləşdirilib.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabında məlumat paylaşılıb.

Qeyd olunub ki, hazırda Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları qətiyyətlə davam edir. (unikal org)