Estoniya Prezidenti Stoltenberqi əvəz edə bilər

Estoniya Prezidenti Stoltenberqi əvəz edə bilər

Estoniya Prezidenti Kersti Kalyulaydın NATO-nun Baş katibi vəzifəsinə potensial namizədlər arasında ola bilər.

YAZTV” xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.

Nəşr yazır ki, NATO-da bu vəzifəni növbəti dəfə kimin tuta biləcəyi ilə bağlı müzakirələr artıq başlayıb və yeni baş katibin adına NATO liderlərinin gələn ilin yazında və yayın əvvəlində Madriddə keçiriləcək görüşdə aydınlıq gələcəyi gözlənilir.

 

Portalın verdiyi məlumata görə, bir çox analitiklər baş katib vəzifəsini nəhayət əks cinsin icra etməsinin vaxtının yetişdiyini hesab edirlər. Digərləri Y.Stoltenberqin xələfini seçərkən Şərqi Avropadan nümayəndə seçməyin lazım olduğunu bildirirlər.

İlk baxışda üç qadın namizədin - Estoniya Prezidenti Kersti Kalyulayd, Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte və Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviçin bu meyarlara cavab verdiyi bildirilib. (qafqazinfo az)