Quterreş İraqdakı hücumu sərt şəkildə qınadı

Quterreş İraqdakı hücumu sərt şəkildə qınadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İraqda bazar ərazisinə edilən bombalı hücumu sərt şəkildə qınayıb.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Baş Katib dinc vətəndaşları hədəf alan dəhşətli hücumu kəskin şəkildə qınayıb. İraq hökumətinə və xalqına başsağlığı verib.

O, cinayət işlədənlərin qısa zamanda ədalətə təslim edilməsinin vacibliyinə diqqət çəkib:

"Qurban bayramı ərəfəsində baş verən bu ölümcül hücum terror bəlasının sərhəd tanımadığını hamımıza xatırladır"

Qeyd edək ki, İraqın paytaxtı Bağdadın Sədr bölgəsindəki Əl-Vahilat xalq bazarında bayram ərəfəsində baş verən partlayışda 30 nəfər ölüb, 60 nəfər yaralanıb. (publika az)