Cənubi Koreyada kriptovalyutaları müsadirə etmək təklif olunur

Cənubi Koreyada kriptovalyutaları müsadirə etmək təklif olunur

Cənubi Koreyada rəqəmsal aktivlərlə əməliyyatlar aparıb vergidən yayınan vətəndaşların kriptovalyutaları müsadirə oluna bilər.

“”YAZTV xarici mətbuata istinadən xəbər verir ki, ölkənin tənzimləyici orqanları bununla bağlı qanunvericiliyə dəyişiklikləri 3 sentyabr tarixinə kimi parlamentə təqdim edəcək.

Bu ilin mayında hakimiyyət kriptovalyuta ticarətindən gəlirlərin 20 %-lik vergiyə cəlb olunması barədə planı təsdiq edib. Yeni qaydalar 1 oktyabr tarixindən quvvəyə minəcək və rəqəmsal aktivlər vasitəsilə il ərzində 2,5 milyon vondan (2 min ABŞ dolları) çox pul qazananlara aiddir. Gəlirləri həmin məbləğdən aşağı olan vətəndaşlar vergidən azaddır. (report az)