Daha bir terrorçu Türkiyə ordusuna təslim oldu

Daha bir terrorçu Türkiyə ordusuna təslim oldu

Türkiyənin Daxili İşlər Nazirliyi “boz kateqoriya”da olan daha bir PKK üzvünün təhlükəsizlik qüvvələrinə təslim olduğunu açıqlayıb.

YAZTV” “TRT Haber”ə istinadən xəbər verir ki, inandırma cəhdləri nəticəsində təslim olan şəxsin 2014-cü ildə təşkilata qoşulduğu və “Terrora görə axtarılanlar siyahısında” “boz kateqoriya”ya daxil edildiyi müəyyən edilib.

Bununla da, cari ildə təslim olan terrorçuların sayı 145-ə çatıb.

Qeyd edək ki, Türkiyədə terrorla mübarizə çərçivəsində axtarılanlar beş rəng (qırmızı, mavi, yaşıl, narıncı və boz) üzrə təsnif edilir.