Yaponiyada 7 min ev işıqsız qaldı

Yaponiyada 7 min ev işıqsız qaldı

"Çantu" tayfunu Yaponiyanı cənginə alıb.

YAZTV xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər yaralanıb.

Xeyli sayda evə ziyan dəyib. 30-dan artıq təyyarə və qatar reysləri tayfuna görə təxirə salınıb. Qeyri-sabit hava şəraiti ölkənin Kyuşu, Şikoku və Kinki bölgələrini cənginə alıb.

7 min evin işıqsız qaldığı bildirilir. Ölkənin hava bürosu əhaliyə ehtiyatlı olmaq və evdən bayıra çıxmamaqla bağlı xəbərdarlıq edib.