Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub

Türkiyənin Tokat şəhərinin Niksar rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Rixter şkalası ilə 4,3 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 14,34 kilometr dərinliyində yerləşib.

Fəsadlar barədə məlumat yoxdur.