Gürcüstanda “Omikron”a yoluxma faktları 1 185-ə çatıb

Gürcüstanda “Omikron”a yoluxma faktları 1 185-ə çatıb

Gürcüstanda son sutkada koronavirusun “Omikron” ştamına 89 yeni yoluxma halı qeydə alınıb.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da hazırkı dövrədək Gürcüstanda COVID-19-un yeni variantına yoluxanların sayı 1 185-ə yüksəlib.

Qonşu ölkədə hazırda koronavirusa yoluxma hallarının 45 %-i “Omikron”un payına düşür.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma halı dekabrın 20-də təsdiqlənib.