Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Ukraynaya qayıdır

Dövlətə xəyanətdə ittiham olunan Poroşenko Ukraynaya qayıdır

Ukraynanın eks-prezidenti Petro Poroşenko bu gün keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün Ukraynaya qayıdır.

YAZTV RİA Novosti-yə istinadən xəbər verir ki, o, hazırda Varşava-Kiyev təyyarə reysi ilə Ukraynaya dönür.

Bu gün Kiyevin Peçera rayon məhkəməsində Poroşenkoya qarşı “dövlətə xəyanət” maddəsi ilə açılan işlə bağlı qərar veriləcək.

Eks-prezident həbs oluna biləcəyini istisna etməsə də, Ukrayna xalqının onun arxasında olduğunu bildirib. (APA)