Əbu-Dabi aeroportunda yanğın oldu
Sənübər Qocayeva
.jpg)
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin beynəlxalq hava limanının ərazisində yanğın baş verib.
YAZTV xəbər verir ki, bu barədə məlumatı Əbu-Dabi polisi öz rəsmi tviter hesabında paylaşıb.
Məlumata görə, yanğın aeroport ərazisində tikinti meydançasında meydana gəlib.
Bununla yanaşı, paytaxtın sənaye rayonlarının birində də yanğın baş verib. Burada yanğın yanacaq dolu 3 sisternin partlamasına gətirib çıxarıb.
İnsidentlər nəticəsində xəsarət alan olmayıb.
İlkin məlumata görə, hər iki insidentin səbəbi pilotsuz uçuş aparatlarının enməsi ola bilər. Polisin məlumatına görə, hər iki yanğın söndürülüb, insidentlərlə bağlı araşdırma başladılıb.