Ermənistanda yeni baş prokuror seçilib

Ermənistanda yeni baş prokuror seçilib

Anna Vardapetyan Ermənistanın baş prokuroru seçilib.

YAZTV Ermənistan KİV-ə istinadən xəbər verir ki, 70 deputat onun seçilməsinin lehinə səs verib.

Səsvermədə əleyhinə çıxan olmayıb.

Qeyd edək ki, 36 yaşlı A.Vardapetyan daha öncə Nikol Paşinyanın köməkçisi vəzifəsində çalışıb.