Rusiyada saxlanılan amerikalı basketbolçu 9 il müddətinə həbs edilib

Rusiyada saxlanılan amerikalı basketbolçu 9 il müddətinə həbs edilib

ABŞ-dan olan qadın basketbolçu Brittni Qrayner Rusiyada həbs olunub.

YAZTV xəbər verir ki, 32 yaşlı oyunçu Ximki məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qaçaqmalçılıqda və narkotik saxlamaqda təqsirli bilinən idmançı həmçinin 1 milyon Rusiya rublu məbləğində cərimələnib.

Qeyd edək ki, Brittni Qrayner bu ilin fevralında Şeremetyevo hava limanında saxlanılıb.