Ərdoğan II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verdi

Ərdoğan II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.

YAZTV” xəbər verir ki, Prezident Ərdoğan bu haqda sosial media hesabında yazıb.

“Kraliça II Elizabetin vəfatını bu gün kədərlə öyrəndim. Kral ailəsinə dost və müttəfiq Birləşmiş Krallıq xalqına və hökumətinə dərin hüznlə başsağlığı verirəm”, - paylaşımda qeyd olunub.