Britaniyada məktəblilərə riyaziyyatın məcburi öyrədilməsi nəzərdə tutulur

Britaniyada məktəblilərə riyaziyyatın məcburi öyrədilməsi nəzərdə tutulur

Böyük Britaniyanın Baş naziri, Mühafizəkarlar Partiyasının sədri Rişi Sunak ictimaiyyət qarşısında çıxış etməyi düşünür.

YAZTV “The Independent” agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniyanın 79-cu Baş naziri ictimaiyyətlə görüşündə ölkəsinin dünyanın ən yaxşı təhsil sistemlərinə rəqib olmasını təmin etməklə bağlı planlarını açıqlayacaq.

Rişi Sunakın təqdim edəcəyi planın əsas istiqaməti təhsil sistemində 18 yaşa qədər olanlar üçün riyaziyyatın bəzi formalarının məcburi öyrənilməsidir. Hazırda daha çox məntiqi biliklərə yer verilməsini vacib hesab edən Baş nazir dünya ölkələrinin əksəriyyətində yalnız 16-19 yaşarası uşaqların riyaziyyata üstünlük verdiyini düşünür.