Banqladeşdə avtobus qəzasında 17 nəfər ölüb, 35 nəfər yaralanıb

Banqladeşdə avtobus qəzasında 17 nəfər ölüb, 35 nəfər yaralanıb

Banqladeşin cənubunda sərnişin avtobusunun yoldan çıxaraq gölməçəyə düşməsi nəticəsində azı 17 nəfər həlak olub, 35 nəfər yaralanıb.

YAZTV bu barədə Dhaka Tribune nəşri məlumat yayıb. İlkin versiyaya görə, avtobusun təkəri partladıqdan sonra sürücü idarəetməni itirib. Nəticədə avtobus aşıb və yol kənarındakı gölməçəyə düşüb.

Sərnişinlərdən 13-ü hadisə yerində, daha 4-ü xəstəxanada ölüb. Ölənlər arasında yeddi azyaşlının və beş qadının olduğu bildirilir.