Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatıb

 

Ermənistanda koronavirusa yoluxanların sayı 38 minə çatıb.

Son 24 saat ərzində ölkədə daha 308 nəfər koronavirusa yoluxub. Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 37 min 937 nəfər yüksəlib.

YAZTV xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, ölkədə pandemiya qurbanlarının sayı isə 723 nəfərə çatıb. Onların da 4-ü son sutka ərzində dünyasını dəyişib.

Hazırda ölkədə 9165 aktiv koronavirus xəstəsi var.