Ermənistanda koronavirusdan ölənlərin sayı 750 nəfərə çatır

Ermənistanda koronavirusdan ölənlərin sayı 750 nəfərə çatır

Ermənistanda koronavirusa yoluxanların sayı 38 841 nəfərə çatıb.

YAZTV-nin erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 291 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 749 nəfər koronavirusdan ölüb, 8 535 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət avqustun 12-dək uzadılıb.