Türkiyədə daha üç terrorçu zərərsizləşdirilib

Türkiyədə daha üç terrorçu zərərsizləşdirilib

Türkiyə təhlükəsizlik qüvvələrinin ölkə daxilində həyata keçirdiyi antiterror əməliyyatları əsasında terrorçu qüvvələrə növbəti zərbə vurulub.

YAZTV Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, “İldırım-11 Herekol” antiterror əməliyyatı çərçivəsində Şırnakın Bestlər dərələri bölgəsində üç terrorçu zərərsizləşdirilib.

Bölgədə antiterror əməliyyatı davam edir.(AZƏRTAC)