Qara dənizdə batan yük gəmisinin operatoru Ukrayna şirkətidir

Qara dənizdə batan yük gəmisinin operatoru Ukrayna şirkətidir

Qara dənizin Türkiyə sahillərində batan “Arvin” yük gəmisinin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

YAZTV xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.

Son məlumata görə, batan gəminin xilas edilmiş beş ekipaj üzvü rusiyalıdır. Daha iki Rusiya dənizçisinin isə meyiti tapılıb. (AZƏRTAC)