Türkiyə sahillərində daha 23 qaçqın xilas edildi

Türkiyə sahillərində daha 23 qaçqın xilas edildi

Türkiyənin Egey dənizi sahillərində köməksiz vəziyyətdə qalmış 23 qaçqın xilas edilib.

YAZTV-e Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə İzmir şəhəri sahillərində yaşanıb. Belə ki, plastik qayıqda köməksiz vəziyyətdə qalan 23 qaçqın sahil-mühafizə xidməti tərəfindən qurtarılaraq quruya çıxarılıb.

Qaçqınlara bütün zəruri yardım göstərilib. Daha sonra onlar İzmirin miqrasiya idarəsinə gətiriliblər.

YAZTV (unikal org)