Ermənistanın daha bir bölgəsində etiraz aksiyaları alovlandı

Ermənistanın daha bir bölgəsində etiraz aksiyaları alovlandı

Qarabağ müharibəsində Azərbaycana əsir düşən hərbi qulluqçuların ailə üzvləri və qohumları etiraz aksiyası çərçivəsində Şirak regional idarəsinin girişini bağlayıb.

YAZTV xəbər verir ki, etirazçılar Şirak regional idarəsinin əməkdaşlarının binaya daxil olmasına icazə vermir və jurnalistlərin suallarını cavablandırmaqdan imtina edir.

Aksiya iştirakçıları baş nazir Nikol Paşinyanla görüş və övladlarının evlərinə nə vaxt qayıdacaqları sualına konkret cavab tələb edirlər.

Qeyd edək ki, etiraz aksiyası 3 martdan bəri davam edir.