İranda bir gündə 304 nəfər koronavirusdan öldü

İranda bir gündə 304 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 304 nəfər koronavirusdan (COVID-19) ölüb.

YAZTV-nin məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 65 359 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 25 582 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 143 794 nəfərə çatıb. Virus daşıyıcılarından 4 539 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 739 002 nəfər koronavirusdan sağalıb, 13,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

S.Sadat Lari qeyd edib ki, ümumilikdə İranda 462 min vaksin vurulub. Ölkədə birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 362 min, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 100 min təşkil edir.  (unikal org)